BetWinner bukmeker şirkəti haqqında tam icmal

BetWinner bukmeker şirkəti idman mərc oyunları həvəskarlarının və tutqunlarının toplaşdığı platformlardan biridir. Şirkət 2018-ci ildən fəaliyyət göstərməyinə baxmayaraq, artıq oyunçuların yaxşı tanıdığı və mərc etdiyi bir ünvana çevrilmişdir. Digər xarici mərc şirkətləri kimi BetWinner-in də Azərbaycanda lokal ofisi yoxdur. Buna qanun səviyyəsində icazə verilmir. Ancaq istifadəçilər internet azadlığından istifadə etməklə şirkətin həm vebsaytı, həm də mobil tətbiqləri vasitəsilə mərc edə bilərlər. Artıq 400,000-dən çox istifadəçi BetWinner-in rəsmi vebsaytında mərc etmişlər.

Biz bu məqalədə BetWinner mərc şirkəti haqqında düşüncələrimizi paylaşacaq, üstün və çatışmayan cəhətlərini göstərəcək, rəmi saytda qeydiyyatdan keçmək, daxil olmaq, pul yatırmaq və hesabdan pul çəkmək üsulları haqqında danışacağıq. Eyni zamanda bukmeker kontorunun mobil tətbiqlərini incələyəcək və necə telefonlara quraşdırmaq lazım olduğunu göstərəcəyik.

Mərc şirkətinin vebsaytına necə daxil olmaq olar?

Onlayn mərc şirkətlərinin vebsaytlarına daxil olmağa və onların istifadəsinə əksər ölkələrdə icazə verilmir. Belə ki dövlətin müvafiq qurumlarından lisenziya almayan bukmeker kontorlarının rəsmi vebsaytları internet məkanında bloklanır. Lakin istifadəçilər fərqli internet resurslarından istifadə etməklə bu məsələni öz xeyirlərinə həll edə bilmişlər.

BetWinner mərc şirkətinin rəsmi vebsaytının da Azərbaycan üçün istifadəsi məhdudlaşdırıla bilər və bu vəziyyətdən çıxış yolu kimi alternativ linklərdən və güzgü saytlardan (BetWinner mirror / zerkalo) istifadə oluna bilər. Bizim sizə aşağıda təqdim etdiyimiz alternativ link vasitəsilə siz daima vebsaytdan isitfadə edə biləcəksiniz. İstədiyiniz anda əlavə saytlar və linklər yoxlamadan bizim təqdim etdiyimiz keçiddən istifadə edib BetWinner saytında mərc etməkdən və qazanmaqdan həzz alacaqsınız.

Lisenziya və Nəzarət

2018-ci ildən fəaliyyət göstərən BetWinner mərc kontoru Curaçao-nun təqdim etdiyi No. 8048/JAZ nömrəli lisenziya altında fəaliyyət göstərir. Rəsmi vebsayt ödəmə agenti kimi HARBESINA LTD-yə (qeydiyyat nömrəsi HE 405135) məxsusdur və qeydiyyatı Kipr, Nikosiya, Poseidonos, 1, Mənzil/Ofis 201, Aglantzia, 2101 ünvanınadır. Vebsayt lisenziya sahibi kimi PREVAILER B.V. tərəfindən idarə olunur.

Vebsaytda necə qeydiyyatdan keçmək olar?

Mərc kontorunun rəsmi vebsaytında qeydiyyatdan keçmək üçün yuxarı menyunun sağ tərəfində sarı ilə işarələnmiş “Qeydiyyat” düyməsini sıxmaq lazımdır. Açılan pəncərədə qeydiyyatı tamamlamaq üçün bir neçə üsul təklif olunacaqdır. Bunlar aşağıdakılarıdır:

Betwinner saytında qeydiyyat

  • Bir kliklə qeydiyyat. Burada “Qeydiyyatdan keçmək” düyməsini sıxmaqla sizin artıq bir mərc etməyə hazır bir hesabınız olacaq. Burada valyutanı dəyişmək və promo-kod (əgər varsa) daxil etmək üçün müvafiq xanalar təöklif edilir. Azərbaycan üçün susmaya görə valyuta Azərbaycan manatı seçiləcəkdir. Həmçinin şirkətin qaydaları və məxfilik siyasəti ilə tanış olmaq, onlarla razılaşmaq və yetkinlik yaşına malik oluğunuzu təsdiq etmək lazımdır.
  • Telefon nömrəsi ilə qeydiyyat. Əvvəlki üsuldan fərqli olaraq buraya ancaq telefon nömrəsini daxil etmək və telefona sms ilə göndərilmiş kodu müvafiq xanaya daxil etmək tələb olunur. Qeydiyyat uğurla başa çatdıqdan sonra bir neçə dəqiqə ərzində telefon nömrəsinə qeydiyyat məlumatları ilə bağlı məlumat göndəriləcəkdir.
  • E-mail ilə qeydiyyat. Bu üsulla qeydiyyat zamanı e-mail ünvanınızı, ad və soyadınızı, həmçinin hesab üçün şifrənizi daxil etmək tələb olunacaq. Bu zaman hesabın aktivləşdirmə səhifəsinə keçidlə məktub e-poçt ünvanınıza göndəriləcək və onu 72 saat ərzində təsdiq etmək tələb olunur.
  • Sosial şəbəkə hesabları ilə qeydiyyat. Bu üsulla qeydiyyatdan keçmək istəyən şəxs Telegram, VKontakte, OdnoKlassniki, Yandeks, Mail.Ru kimi Russiya mənşəli sosial şəbəkələrin birində hesaba malik olmalıdır. Müvafiq sosial şəbəkənin loqosunu seçib “Qeydiyyatdan keçmək” düyməsini kliklədikdə, həmin şəbəkənin login səhifəsinə keçid ediləcəkdir. Burada hesab detallarını qeyd edib məlumatlarınızın oxunmasına və qeydiyyat üçün istifadəsinə icazəni təsdiq etməlisiniz.

İstifadəçi hesaba daxil olduqdan sonra aşağıdakı formada olan bir pəncərə ilə qarşılaşacaqdır.

Hesaba necə pul əlavə etməli və hesabdan çıxarmalı?

Hər bir BetWinner istifadəçisi bukmeker kontorunda bir hesaba sahib olduqdan sonra hesaba necə pul əlavə etməli və çıxarmalı olduğu barədə heç bir çətinlik yaşamayacağından əminik. Azərbaycandan daxil olmuş istifadəçi aşağıdakı üsullardan isitfadə etməklə öz hesabına vəsait əlavə edə və ya hesabda olan məbləği çıxara bilər:

  • Bank kartları. Buraya Visa, Mastercard və “Mir” kartları daxildir;
  • Elektron pul kisələri. Bura QIWI, WebMoney, Skrill, PerfectMoney, Yandeks Denqi və digər pul kisələri aid edilir.
  • Ödəmə sistemləri. Payeer və ecoPayz bu kateqoriyada istifadəçilərin ixtyarındadır.
  • Əvvəlcədən ödənilmiş kartlar. paysafecard
  • Kriptovalyutalar. Bitcoin, Litecoin, Ethereum, Dogecoin, Monero daxil olmaqla 20-dən çox kriptovalyuta.

Əgər Azərbaycanda qeydiyyatdan keçən oyunçu digər ölkədə öz hesabı ilə bağlı əməliyyatlar eləmək istəyərsə, burada ölkədən asılı olaraq fərqli ödəmə üsulları da istifadə oluna bilər. Ödəmə səhifəsində “Yerləşdiyiniz əraziyə görə metodlar” yazısının qarşısında olan işarəni götürməklə, mobil ödənişlər, nağd, elektron valyuta mübadilə məntəqələri, internet bankçılıq, bank transferi, elektron vauçerlər kimi üsulları görmək və yararlanmaq mümkündür.

Hesaba pul mədaxil və məxaric üsulları

BetWinner bonuslar

BetWinner isitfadəçilər üçün əlavə stimul yaratmaq məqsədi ilə fərqli bonuslar təklif edir, aksiyalar həyata keçirir və promo kodlar təqdim edir. Belə ki vebsaytın əsas menyusunda yerləşən Promo bölməsindən bütün mövcud bonus təkliflərini nəzərdən keçirmək olar.

Burada diqqətimizi cəlb edən təkliflərdən biri ilk depozitə 100 EUR məbləğə qədər 100 %-lik depozit bonusu oldu. Belə ki vebsaytda qeydiyyatdan keçib bütün şəxsi məumatları doldurduqdan sonra hesabınıza 100 EUR-a qədər və ya bu miqdarda digər pul vahidində depozit etdikdə, hesabınıza avtomatik olaraq eyni miqdarda bonus köçürüləcəkdir. İsitfadəçi ancaq 1 bonus qazana bilər və minimal hesabın artırılması üçün məbləğ 1 EUR-dur. Bonus məbləğini real çıxarıla bilən pula çevirmək üçün bu məbləğin 5 qatı miqdarında ekspress mərclər edilməlidir. Bu zaman ekspressdə ən azı 3 hadisənin əmsalı ən azı 1.4 olmalıdır.

BetWinner-in maraqlı aksiylarından biri də “Günün şanslısı”dır. Belə ki bu aksiya ilə hır gün 500 promo balı qazanmaq mümkündür. Aksiya səhifəsinə daxil olub bilet əldə etdikdən sonra, çəkiliş başlamadan qabaq ən azı 3 AZN miqdarında 1.8 əmsalında istənilən növ idman hadisəsinə mərc etməklə iştirakınızı təsdiqləyə bilərsiniz. Hər gün təsadüfi qaydada qaliblərin nömrələri elan edilir. Əgər sizin də nömrəniz bu siyahıdakı nömrə ilə üst-üstə düşərsə, siz bonus hesabınıza promo xal əldə edəcəksiniz.

İsitfadəçilərin səbirsizliklə gözlədiyi promo aksiyalardan biri də Jackpot-dur (Cekpot). Gündəlik fərqli tapşırıqlar verilir və tapşırığı yerinə yetirən istifadəçilər cekpot qazanmaq şansı əldə edirlər. Cekpotun məbləği dəyişkəndir və idman hadisəsinin növü və mərc məbləği də hər gün dəyişə bilir. Gün ərzində nə qədər çox mərc edilsə, Cekpot qazanmaq şansı da o qədər çox olacaqdır.

Mərc marketləri

BetWinner öz istifadəçilərinə kifayət qədər bol mərc marketlərindən istifadə etmək və mərc etmək imkanı yaradır. Belə ki istənilən matçın və ya hadisənin əsas səhifədə olan standart marketlərini görə bilərik. Əlbəttə ki bunlar hadisənin tipindən asılı olaraq dəyişə bilir. Məsələn, ən çox mərc edilən idman növlərindən olan futbola mərc zamanı əsas səhifədə tərəflərdən birinin qələbəsi, heç-heçə, ikiqat şans (qələbə və ya heç-heçə), fora, toplam üst/alt, individual total parametr marketlərini görmək mümkündür.

İdman hadisəsini ayrıca pəncərədə açdıqda isə bizi daha geniş spektrli marketlər səhifəsi qarşılayır. Məsələn, yekun hesabda hansı rəqəm olacaq və ya hansı rəqəm olmayacaq, dəqiq hesab və ya növbəti qol haqqında təxminlər.

İdman növləri

Mərc həvəskarı BetWinner bukmeker kontorunun rəsmi vebsaytında demək olar ki istənilən mərc edilə bilən hadisə haqqında məlumatları görə bilər. Zəngin idman hadisələri çeşidinə malik olan vebsaytda həm xətt üzrə, həm canlı, həm də virtual oyun növləri üzrə mərc etmək olar.

Vebsaytın sol tərəfində üst hissədə daha məşhur və çox mərc edilən idman növləri sıralanmışdır. Bunlara futbol, tennis, basketbolo, xokkey, voleybol, beysbol və s. aiddir.

İdman növləri

Daha aşağı hissədə isə xətt üzrə A-dan Z-yə kateoriyası ilə bütün təklif olunan idman növlərini görmək mümkündür. Bunlara amerikan futbolu, cıdır, boks, bilyard, rebqi, şahmat, trottinq,UFC, keyring, tazı yarışları və s. əlavə edə bilərik. Eyni zamanda xüsusi mərclər hissəsində istifadəçilər dünyada baş verə biləcək müxtəlif hadisələrə öz mərclərini yerləşdirə bilərlər. Bunlara aid edilir:

  • Böyük Britaniya kral ailəsinə mərclər
  • Kosmosa səyahətlə bağlı mərclər
  • Sosial şəbəkələrlə baölı mərclər
  • Şou-biznes nümayəndələrinin həyatı və yaradıcılığı ilə bağlı ehtimllara edilən mərclər
  • Maliyyə birjaları və indeksləri ilə bağlı mərclər və s.

Mərc saytının üst menyusunda virtual idman növləri və onlara mərclər də təklif edilir. Məşhur virtual idman təminatçılarından olan Leap Gaming, Edge Gaming, 1×2 virtual gaming, Global bet, GoldenRace, betradar, Konect Games-in təqdim etdiyi fərqli virtual oyunlar BetWinner istifadəçilərinin ixtiyarındadır.

BetWinner-də necə mərc etmək olar?

BetWinner-də mərc etmək üçün istədiyiniz hadisənin uyğun əmsalı üzərində klikləmək lazımdır. Bu zaman vebsaytın sağ tərəfində mərc kuponu yaradılacaq. Kuponda mərcin məbləğini seçmək və “Mərc et” düyməsini sıxmaq lazımdır. Birdən çox oyun seçdikdə mərcin tipini dəyişmək mümkündür. Burada mərclərin sayından asılı olaraq mümkün mərc tipləri aşağıdakılardır:

  • Ekspress
  • Təkli
  • Laki
  • Zəncir
  • Patent
  • Çoxsaylı
  • Şərti mərc
  • Sistemlər

Mərc kuponunda cari balans, mümkün uduşun miqdarı, mümkün avans miqdarı, mərcin maksimal miqdarı barədə məlumatlar əks olunur. Mərc kuponunda aşağıda isə günün ekspresi təqdim olunur. Belə ki mərc saytı xüsusi maraqlı hadisələrdən seçib istifadəçilərə rahat mərc üçün imkan yaradır.

Canlı mərc və canlı yayım

Mərc operatoru oyunçular üçün xeyli miqdarda canlı oyunlar və onlara canlı mərc etmək şansı təqdim edir. Ani formada yenilənən məlumat mübadiləsi ilə canlı mərc həvəskarları heç bir şansı qaçırmayacaqlar.

Canlı oyunların bir çoxunda canlı yayım (live streaming) mövcuddur. Müvafiq hadisənin aşağı hissəsində LİVE yazısı olarsa, onun canlı yayımlandığını göstərir. Canlı yayıma baxmaq üçün bukmeker kontorunda bir hesba sahib olmalı, Adobe Flash Player-i aktivləşdirməlidir.

Vebsaytın mobil versiyası və mobil tətbiqlər

BetWinner mərc şirkəti vebsaytının mobil telefonlar və tabletlərdə tam responsiv və funkfional faəliyyəti üçün mobil versiyaya sahibdir. Eyni ilə veb versiyada olduğu kimi mobil versiyada da əsasən yaşıl rəngə üstünlük verilmişdir. Mərkəz hissədə canlı mərclər və top idman növləri üzrə mərclər təqdim olunur. Eyni zamanda mobil versiyada da bir kliklə mərc funksiyasını da aktivləşdirmək mümkündür.

Vebsaytın mobil versiyası və mobil tətbiqlər

Şirkət Apple model telefon istifadəçiləri üçün mobil tətbiq də təklif etməkdədir. Belə ki vebsaytı mobil telefonda açdıqdan sonra əsas səhifənin sonunda “Mobil tətbiqlər” hissəsindən həmin səhifəyə keçid etmək lazımdır. Burada tətbiqin yükləmə ardıcıllığı qeyd olunur. Belə ki ilk öncə TestFlight adlı mobil tətbiqi App Store-dan endirmək lazımdır. Bu tətbiqi yüklədikdən sonra yeni pəncərədə BW Client-i açmaq üçün düyməni klikləmək lazım olacaq. Kompyuter üzərindən daxil olduqda yuxarıda menyudakı mobil telefon ikonu üzərinə klik etdikdən sonra açılan pəncərədən də QR kodu skan etməklə iPhone istifadəçiləri müvafiq tətbiqin yükləmə səhifəsini aça bilərlər.

Android telefon istifadəçiləri isə vebsaytın mobil versiyasını açmaqla təlimatları izləyib tətbiqi .apk formatında telefona yükləyə bilərlər.

Dizayn və funksionallıq

BetWinner vebsaytı bir neçə digər mərc saytı ilə oxşar dizayna və funksionallığa malikdir. Bunun əsas səbəbi həmin vebsaytların hamısının eyni bet proqramının (BetB2B) xidmətlərindən istifadə etməsindədir. Belə ki əksər menyular və funksiyalar 22bet və 1xbet vebsaytlarında da eynidir. Bu vebsaytın istifadəsində çətinlik yaratmasa da bəzən istifadəçilərdə eyni sayt olması barədə yanlış təsəvvür formalaşdırır.

Ümumilikdə vebsaytda qeydiyyatdan keçmək prosesi sadədədir. Bir kliklə qeydiyyat, bir kliklə mərc istifadəçilərin rahatlığını təmin edir. Lakin saytın ümumi strukturunun mürəkkəb olması diqqətin yayılmasına və vebsaytın bir az daha gec yüklənməsinə gətirib çıxarır.

Müştəri xidmətləri

Şirkət məlumatları
Ad: BetWinner
Ofis/Qərargah: Kipr, Nikosiya, Poseidonos, 1, Mənzil/Ofis 201, Aglantzia, 2101
Əsası qoyulub: 2018
Lisenziya/lar: Curaçao, No. 8048/JAZ
Əlaqə formu: Bəli
Canlı dəstək: Bəli
Telefon: +44 203 936-29-96
E-mail: [email protected]

Bukmeker kontoru istifadəçilərin problemlərinin həlli, suallarına cavab tapılması məqsədi ilə bir sıra əlaqə vasitələri təklid edir. Bunlara +44 203 936-29-96 nömrəli telefon xətti, vebsaytın sağ tərəfində yerləşən 24/7 fəaliyyətdə olan Canlı Dəstək xətti, suallar və təkliflər üçün əlaqə forması və fərqli sahələr üçün elektron poçt ünvanlarını aid edə bilərik.

Ümumi suallar üçün [email protected], təhlükəsizlik xidməti ilə bağlı dorğular üçün [email protected], İctimaiyyətlə əlaqələr və reklamla bağlı məsələlər üçün [email protected], Maliyyə şöbəsi ilə bağlı sorğulara cavab vermək üçün [email protected], şikayət və təkliflər üçün [email protected] e-mail ünvanları isitfadəçilərin ixtiyarındadır. Azərbaycan dilində də mövcud olan müştəri xidmətləri xətti günün istənilən vaxtı suallara cavab verməyə çalışır və məsələlərin həllində köməklik göstərirlər.

Xülasə

BetWinner mərc saytı haqqında düşüncələrimizi ümumiləşdirsək onu qeyd edə bilərik ki, bukmeker kontoru dünya mərc sənayesində əmin addımlarla irəli gedir. İstifadəçilər üçün demək olar bütün idman növlərini və fərqli hadisələri öz platformalarında təqdim edirlər. 24/7 fəaliyyət göstərən və Azərbaycan dilində də təqdim olunan müştəri xidmətləri istifadəçilərin bütün suallarına anında cavab tapılmasına kömək edir. Bu isə bukmeker şirkətinə olan inamı artırır.

Canlı hadisələrə 24 saat ərzində mərclər qoyula bilər və bir çox canlı mərc platforma üzərindən həm də canlı yayımlanır. Əksər idman hadisələri üzrə mərclər üçün 30-dan artıq market təqdim edilir, o cümlədən, küncdən zərbələr, cərimə zərbələri, sarı vərəqələr, dəqiq nəticələr və s. Hesaba vəsaitin əlavə edilməsi və çıxarılması üçün xeyli sayda üsul təklif edilir. Uduşların ödənilməsi üçün pulun hesaba köçürülməsində istifadə edilən eyni ödəmə üsulundan istifadə edilir. BetWinner bukmeker şirkətinin xəttində hər gün 1000-dən çox hadisə təqdim olunur. Mərc qoyula bilən hadisələrə populyar idman növlərinin geniş çeşidi daxildir.

FAQ

📌 BetWinner Azərbaycan dilində mövcuddur mu?

BetWinner rəsmi vebsaytı və mobil tətbiqləri Azərbaycan dili daxil olmaqla 60-a yaxın dildə fəaliyyət göstərir. Siz həmçinin dəstək xəttinin xidmətlərindən də Azərbaycan dilində istifadə edə bilərsiniz.

📌 Birdən çox BetWinner hesabı aça və bonuslarından istifadə edə bilərəm mi?

Şirkətin Şərtlərinə və qaydalarına əsasən birdən çox hesaba sahib olmağa icazə verilmir.

📌 Pul mədaxil etmək və hesabdan çıxarmaq üçün istənilnə üsuldan istifadə edə bilərəm mi?

Hesaba pul qoymaq üçün ölkə üzrə istifadəsinə icazə verilən istənilən ödəmə üsulundan istifadə etmək olar. Hesabdan pul çıxarmaq üçün hesabınızdakı məbləğ icazə verilən minimal məbləğin üzərində olmalıdır. Eyni zamanda siz ancaq depozit etdiyiniz üsuldan istifadə edib hesabınızdan pul məxaric edə bilərsiniz.

Vissza a tetejére