Son yeniləmə:

Marathonbet mərc şirkəti haqqında tam icmal

Marathonbet mərc şirkəti beynəlxalq miqyasda mərc xidmətləri göstərən opera...
tordur. Bukmeker şirkəti 1997-ci ildə qurulmuşdur və fərqli idman növləri, mərc marketləri, yüksək ödəmə nisbəti və malik olduğu lisenziyalarla güvənirliliyə malikdir. Bu illər ərzində şirkət həm yüksək nüfuz qazanmış, həm də bütün dünyaya yayılmışdır. Mərc bazarında sürətli ödəmələri və kiçik marjaları ilə fərqlənən şirkət isitfadəçilər üçün maraqlı promoşnlar və bonus aksiyaları da təklif edir.
Daha az -
Daha çox oxu +
  • Marathonbet AZ
  • Uyğunluq
    browser
    android
    ios
  • Bonus
  • Reytinq: 1.0
  • Azərbaycanda bukmekerlər

*Şərtlər və qaydalar tətbiq olunur! 18+

Marathonbet-ə necə daxil olmaq olar?

Marathonbet bukmeker kontorunun rəsmi vebsaytı əksər digər mərc şirkətlərinin saytları kimi Azərbaycan ərazisindən daxil olmaq üçün bloklanmışdır. Belə ki bu onlayn bukmeker şirkətində mərc etmək istəyən oyunçular alternative linklərdən/güzgü saytlardan istifadə etməlidirlər. Bizim sizə təqdim etdiyimiz aşağıdakı alternativ link daima əlçatan və işlək vəziyyətdə olacaqdır. Beləliklə siz artıq internetdə alternativ işləyən link və ya güzgü saytı axtarmaq məcburiyyətində olmayacaqsınız.

Marathonbet bukmeker kontorunun lisenziyası və nəzarət haqqında

Marathonbet.com rəsmi vebsaytı və Marathonbet Bookmakers Panbet Curacao N.V. şirkətinin ticarət adlarıdır. Şirkətin qeydiyyat ünvanı Abraham de Veerstraat 9, Curaçao, Niderland Antil adalardır. Panbet Curacao N.V. Niderland Antil adalarının qanunlarına görə idarə edilir və bütün mərclər Curaçao, Niderland Antil adaları qanunvericiliyinə əsasən yerləşdirilməlidir.

Marathonbet fəaliyyət göstərdiyi ölkələrdən asılı olaraq altı lisenziyaya malikdir:
  • Curaçao hökuməti tərəfindən verilən lisenziya, veb saytlar: Marathonbet.com, Mbet.com
  • Mərc Oyunlarının Tənzimlənməsi üzrə Baş İdarə (İspaniya) tərəfindən verilən lisenziya, veb saytlar: Mbet.es, Marathonbet.es və Maratonbet.es
  • İtaliyada fəaliyyət göstərmək üçün Gömrük və Monopoliya Agentliyi (AAMS) tərəfindən edilən güzəşt, veb sayt: Marathonbet.it
  • Belarus Respublikasının İdman və Turizm Nazirliyi tərəfindən verilən lisenziya, veb sayt: Marathonbet.by
  • Edo Ştat Hökuməti (Nigeriya) tərəfindən verilən lisenziya, veb sayt: Marathonbet.ng

Vebsaytın müştəri məlumatlarının qorunması üçün xeyli iş gördüyü ortadadır. Belə ki istifadəçilər və vebsayt arasında olan bütün əlaqələr 256 bitlik SSL texnologiyası ilə qorunur. Eyni zamanda vebsayta daxil olduqda, son girişin tarixi və istifadə edilən İP ünvanı da hesabda görülür. Bu hesabdan səlahiyyətsiz istifadənin qarşısının alınmasına xidmət edir. Vebsaytın Məxfilik Siyasətində qeyd olunur ki, məlumatların məxfiliyinin və tamlığının qorunması üçün əlavə təhlükəsizlik tədbirləri də görülüb, serverlər icazəsiz daxil olmağa imkan verməyən ən son texnologiyalara malikdir.

Marathonbet-də necə qeydiyyatdan keçmək olar?

Marathonbet-də necə qeydiyyatdan keçmək olar

Marathonbet bukmeker kontorunun rəsmi vebsaytında qeydiyyatdan keçmək üçün əsas səhifənin üst sağ tərəfində yerləşən qırmızı rəngli “İndi qoşul” düyməsinə klikləmək və açılan pəncərədən müvafiq məlumatları doldurmaq lazımdır. Bu məlumatlara aiddir: ölkə, şəhər, ad, soyad, doğum tarixi, e-poçt, şifrə, istifadəçi adı, gizli sual və valyuta. Bütün məlumatlar təqdim edildikdən sonra qeyd olunan mailə hesabı aktivləşdirməklə bağlı qaydalar göndərilir. Bura göndərilmiş keçidə kliklənməli və təsdiq olunmalıdır. Marathonbet hesabının qeydiyyatı ilə bağlı hər hansı çətinlik oalrsa, vebsaytın Müqştəri Xidmətləri ilə əlaqə saxlamaq mümkündür.

Qeydiyyat tamamlandıqdan sonra hesaba giriş etmək üçün vebsaytın əsas səhifəsinin sağında yerləşən login məlumatlarını daxil etmək və yaşıl rəngli “Giriş” düyməsini klikləmək lazım olacaq. Onu da qeyd etmək lazımdır ki, şirkət digər bukmeker şirkətlərindən fərqli olaraq “bir kliklə qeydiyyat” və sosial şəbəkələr ilə qeydiyyat və hesaba daxil olma üsullarını təqdim etmir. Bu istifadəçilər üçün bir az çətinlik yaradıb, vaxt itkisinə səbəb olsa da, təhlükəsizlik baxımından daha etibarlıdır.

Hesaba necə pul mədaxil etməli və hesabdan çıxarmalı?

Marathonbet mərc şirkətində bir hesaba sahibsinizsə, artıq pul mədaxil edə mərc edə bilərsiniz. Bunun üçün ana səhifənin sağ tərəfində yerləşən depozit düyməsini klikləməklə müvafiq pəncərəyə keçmək lazımdır. AZN valyutası ilə qeydiyyatdan keçən istifadəçilər ancaq Visa kartları ilə hesaba pul əlavə edərlər. Burada minimal limit 2 AZN olacaq və əməliyyat mərc şirkət tərəfindən komissiyasız və ani olaraq həyata keçiriləcəkdir. Onu da qeyd edək ki, bu Visa kartı sizin adınıza olmalıdır.

Əlbəttə ki, istifadəçilər digər ödəniş üsullarından və kartlardan istifadə etmək istəyərlərsə, hesab valyutasını elə depozit pəncərəsində olan müvafiq linkdən dəyişə bilərlər. Hesab valyutasını USD və ya EUR olaraq dəyişdikdən sonra qarşımıza aşağıdakı ödəmə üsulları çıxır:

  • Visa, Mastercard, Maestro, AstroPay kartları (minimal depozit miqdarı: 2 USD)
  • Skrill və NETELLER (minimal depozit miqdarı: 6 USD)
  • WebMoney, QIWI minimal depozit miqdarı: 2 USD)
  • ecoPayz, MuchBetter, Boleto (minimal depozit miqdarı: 6 USD)
  • Bitcoin, Maracoin

Ödəniş edərkən nəzərə almaq lazımdır ki, ödəniş metodu hesab sahibinin adına olmalıdır.

Hesaba necə pul mədaxil etməli və hesabdan çıxarmalı

Bonuslar

Mərc şirkəti istifadəçilər üçün fərqli, bonuslar, aksiyalar və prizlər təqdim etməkdədir. Tam siyahını görmək üçün menyuda xidmətlər hissəsindən bonuslar alt menyusunda nəzər salmaq olar. Hal-hazırda oyunçular üçün təqdim olunan əsas bonuslar aşağıdakılardır:

  • Avanslı mərc (Advancebet)
  • Uğurlu 15, 31 və 63
  • Ən yaxşı əmsal zəmanəti
  • İkili nəticə
  • Pulsuz mərc
  • Marathonbet loyallıq proqramı
  • Super priz

Avanslı mərc (Advancebet)

Avanslı mərc ilə siz hətta hesabınızda pul olmasa belə hesablanmayan mərclərə qoyduğunuz pullardan mərc edə biləcəksiniz. Onu da vurğulamaq lazımdır ki, avanslı mərc kredit deyil. Avanslı mərci yerləşdirməkdən ötrü sizin növbəti 48 saat ərzində başlanmalı olan ən azı bir hesablanmamış mərciniz olmalıdır. Siz avans məbləğdən olan mərci ancaq canlı oyunlara və ya son 48 saat ərzində oynanılacaq oyunlara yerləşdirə bilərsiniz.

Əgər avans mərc daxil olmaqla bütün yerləşdirilmiş mərclər uduzularsa, Marathonbet bu avans borcunuzu sizin xeyrinizə siləcəkdir və sizin bu borcu ödəmək öhdəliyiniz olmayacaqdır. Əgər mərclərdən biri və ya hamısı qalib olarsa, avans mərc məbləği uduşdan çıxılır. Daha ətraflı məlumat və nümunələr üçün müvafiq bonus haqqında şərtlər və qaydalara diqqət yetirin.

Uğurlu 15, 31 və 63lər

At və tazı yarışları üçün yerləşdirilən bütün “Uğurlu” mərclərin bir qalibinə qazanc ikiqat ödəniləcəkdir. Burada nəzərə almaq lazımdır ki, bu bonus məbləği ancaq mərcin qazanılmış hissəsinə şamil ediləcəkdir.

Ən yaxşı əmsal zəmanəti

Bəzən müəyyən at və tazı yarışları üçün Ən Yaxşı Əmsal Zəmanəti təklif edilə bilər. Bu o mənaya gəlir ki, siz mərc etdikdən sonra əmsal artarsa, bu zaman uduş olan mərc daha yüksək olan əmsalla ödəniləcək.

İkili nəticə

İkili nəticə təklifi ancaq Böyük Britaniya və İrlandiyada at yarışlarına yerləşdirilmiş uduşlu tək mərclərə tətbiq edilir. Yəni çoxsaylı mərclər ancaq rəsmi nəticələrə görə hesablanır. Belə ki qalib diskvalifikasiya edildikdə hər iki nəticə üçün ödəniş edilir.

Pulsuz mərc

Marathonbet mərc şirkəti vaxtaşırı pulsuz mərclər (free bet) təklif edir. Belə mərclər təklif edildiyi halda yenilikləri reklam bölümündən öyrənmək olar. Bundan ancaq təkli qələbə seçilən mərclər üçün istifadə etmək olar. Pulsuz mərc qalib olarsa, oyunçuya ancaq mərcin uduşları ödənilir. Bu təklifdən sui-istifadə etmək üçün birdən çox hesab açmağa icazə verilmir. Ggər belə hal olarsa, mərc şirkəti pulsuz mərci geri ala bilər. Eyni zamanda onu da diqqətdə saxlamaq lazımdır ki, Pulsuz Mərc şansı istifadəçiyə təqdim edildikdən sonra 180 gün ərzində keçərli olacaqdır.

Marathonbet loyallıq proqramı

Marathonbet loyallıq proqramı

Marathonbet şirkətinin loyallıq proqramı mərclər üçün qazanılan xalların əvəzində bonus kataloqunun bütün üstünlüklərindən faydalanmaq şansı yaradan bir kampaniya proqramıdır. Belə ki idman mərcləri loyallıq proqramında qeydiyyatdan keçib Marathonbet Club üzvü olduğu andan başlayaraq loyallıq proqramına doğru hesablanır. Bu mərclərin əsasında istifadəçiyə loyallıq xalları veriləcək. Bu idman mərcləri üçün minimal mərcməbləği 10 EUR (və ya valyuta ekvivalenti) və əmsal az 1.30 təşkil etməlidir. Əgər çox saylı mərc yerləşdirilərsə, ancaq yuxarıda qeyd edilən meyara cavab verən mərclər bu proqram üçün uyğun hesab ediləcək.

Super priz

Marathonbet müştəriləri üçün Super priz bonus təklifini təqdim edir. Bu prizi qazana bilmək üçün seçilən futbol oyunu ilə bağlı bilet üzərində təqdim olunmuş bütün suallara düzgün cavab verilməlidir. Belə ki hər 10 EUR-luq məbləğli və hesablanmış tək mərci olan iştirakçıların hərəsi 1 bilet əldə edir. Əgər bir neçə oyun iştirakçısı düzgün cavalar verərsə, Super priz məbləği bütün iştirakçılar arasında bərabər bölüşdürülür. Beləliklə nə qədər çox düzgün cavab olan bilet toplansa, Super priz udmaq şansı da bir o qədər çox olur.

Bütün bu bonus təklifləri haqqında daha ətraflı məlumat almaq və yeni təyin olunmuş qaydalardan xəbərdar olmaq üçün zəhmət olmasa, mərc yerləşdirməzdən və bonus iddiası etmədən öncə şirkətin və müvafiq təkliflərin Şərtlər və Qaydalarını diqqətlə oxuyun.

Mərc marketləri

Marathonbet şirkəti mərc marketləri baxımından da xeyli zəngindir. Bukmeker kontorunun istifadəçisi bütün idman növləri üçün şamil olunan standart marketlərlə yanaşı, hər idman növü üçün spesifik mərc marketlərinə də malikdir. Belə ki ana səhifədə göstərilən oyunlar üçün adətən, qalibiyyət, məğlubiyyət və heç-heçə (x) göstərilir. Lakin müvafiq oyunun üzərinə kliklədikdə açılan pəncərədə bu oyun üçün tam mərc marketlərini görmək mümkündür. Məsələn bir futbol oyun üçün aşağıdakı market kateqoriyaları diqqətimizi cəlb edir:

  • əsas marketlər
  • qandikap marketləri (handicap – fora)
  • toplam marketləri
  • qol marketləri
  • hissə marketləri
  • interval marketləri
  • digər marketlər

Hər bir market kateqoriyası isə öz növbəsində sub kateqoriyalara ayrılır. Toplamda nəzər saldıqda bir futbol oyunu üçün 400-dən çox market olduğu ortaya çıxır.

Əsas marketlərə aid olan marketlərə aid edə bilərik: nəticə (qalib, məğlub, heç-heçə), dəqiq hesab, qol vuran komandlar, tam vactın nəticəsi və s.

İdman növləri

Marathonbet mərc şirkəti mərc dünyasında təklif olunan əksər idman növləri üçün öz mərc seçimlərini istifadəçilərinə təqdim edir. Belə ki, vebsaytın sol tərəfində iki hissəyə ayrılmış idman növlərindən daha populyar olanları (futbol, tennis, basketbol, buz xokkeyi, voleybol və e-sports) yuxarı hissədə, digərləri isə A-dan Z-yə qədər kateqoriyalarda aşağı hissədə göstərilmişdir. Hər bir idman növünün başlığı üəzrində kliklədikdə isə eyni pəncərədə mövcud liqalar və çempionatlar göstərilir. E-idman kateqoriyasında istifadəçilərə CS:GO, Dota 2, FİFA, LoL, Valorant kimi e-sport növləri təqdim olunur.

Digər idman növləri kateqoriyasında diqqəti cəlb edən əsas idmanlara aid edə bilərik: Avto sport, kriket, boks, darts, sumo, MMA, Snuker və s. Həmçinin Specials (xüsusilər) kateqoriyasında istifadəçilər siyasət və mükafatlar kimi qeyri-idman hadisələrinə də mərc edə bilərlər.

Marathonbet-də necə mərc etməli?

Marafon bet mərc saytında istənilən hadisəni seçdikdən sonra müvafiq əmsallar üzərində klikləməklə həmin hadisəni kupona əlavə etmək olar. Birdən çox oyuna eyni zamanda mərc etmək üçün bir əmsal üzərinə kliklədikdən sonra sadəcə digərinə keçmək və onu seçmək kifayət edir. Bütün mərclər sağ tərəfdə yerləşən kuponda cəmlənir. Kupon özü ağ fonda yaşıl başlıqlı formada təşkil edilmişdir. Burada hər mərcin əmsalı, daxil ediləcək mərc məbləği, maksimum və minimum mərc məbləği və potensial qazanc göstərilmişdir.

Mərc kuponunun aşağı hissəsində isə mərc yerləşdirməsindən sonra əmsallar dəyişdikdə seçimin necə dəyişməsi göstərilir. Bel ki ancaq əmsallar artdıqda, həmişə və ya heç vaxt olaraq seçim etmək mümkündür.

Mərclərin sayı bir olduqda təkli kupon, iki olduqda təkli və ekspress kupon, üç və daha çox (səkkizə qədər) olduqda isə həm təkli, həm ekspress, həm də sistem mərclər aktiv olur. Ekspress mərclər zamanı mərc əmsalları bir-birinə vurulur mərc növü olaraq dabllar, trebllər, siyahı 4,5 6, 7 və s. seçmək mümkün olur. Sistem (çoxsaylı) mərclərindən isə seçilən oyunların sayından asılı olaraq oyunçulara Patent, Yanki, Super Yanki, Heinz, Super Heinz, Qoliaf mərcləri təklif olunur.

Canlı mərclər

Marathonbet canlı mərclər

Mərc operatoru oyunçular üçün cari yayımlanan matçlar üçün canlı mərc etmək imkanı yaradır. Vebsaytın idman kateqoriyasının sağında, həmçinin sol banerdə yerləşən canlı butonu ilə bütün canlı gedən oyunların siyahısına baxmaq olar. Eyni zamanda hesaba daxil olduqdan sonra canlı yayımı təqdim olunan oyunları da izləmək mümkündür. Bu zaman hesab balansı müsbət olmalıdır. Canlı yayımlar üçün ərazi məhdudiyyətləri tətbiq edilə bilər.

Canlı kateqoriyasında istifadəçilərə virtual oyunlara həm canlı yayıma baxmaq, həm də mərc etmək üçün imkan yaradılıb. Belə ki burada virtual futbol, basketbol, tennis, spidvey, it yarışları, at yarışları və s. istifadəçilərin ixtiyarındadır.

Marathonbet mobil proqramlar və mobil versiya

Mərc şirkəti öz xidmətlərini ancaq veb üzərindən yayımlamaqla kifayətlənmir, həm də mobil tətbiqlər və saytın mükəmməl mobil versiyası ilə də istifadəçilərin könlünü oxşayır. Android istifadəçiləri mobil tətbiqi vebsaytın mobil versiyasına daxil olmaqla mobil tətbiqlər hissəsindən .apk formasında yükləyə bilərlər. Təəssüf ki, bu tətbiq Google Play Store-da təqdim olunmur. Qeyd etmək lazımdır ki, .apk versiyanı mobil telefona yükləmək üçün telefonda bilinməyən mənbələrdən tətbiq yükləməyə icazə verilməlidir.

Android mobil tətbiqi vebsayt kimi əsasən göy çalarlardan ibarət olmaqla sol tərəfdə canlı, sağ tərəfdə idman oyunlarından ibarət pəncərələrə bölünmüşdür. İstifadəsi rahatdır. Ad üzərinə kliklədikdə depozit və pul çıxarma, bonus, mesaj qutusu, tarixçə və parametrlər kimi hissələrə keçid etmək mümkündür.

Apple istifadəçiləri isə bu baxımdan daha şanslıdırlar. Belə ki App Store-a daxil olmaqla Panbet Curacao NV-nin təqdim etdiyi Marathonbet Sports Betting tətbiqini həm iPhone, həm də iPad-lərə endirib istifadə etmək mümkündür.

Vebsaytın mobil versiyası da veb səhifəyə oxşar çalarlara malikdir. Lakin daha kompakt, tam responsiv və getmək istənilən hissəyə bir-iki kliklə çatmaq şansı yaradan asan interfeys. Onu da vurğulamaq lazımdır ki, mobil tətbiqlə mobil versiya dizayn cəhətdən bir-birinə çox oxşardırlar, bu isə istifadəçiyə hər ikisindən rahat istifadə etməsinə şərait yaradır. Bu cəhətdən Marathonbet komandasına əhsən düşür.

Dizayn və funksionallıq

Mərc şirkətinin vebsaytı gözoxşayandır və istifadəçilərin rahatlığını təmin etmək üçün funksional formada təşkil olunmuşdur. Əsas səhifə rahatca ayırd edilə bilən bir neçə hissədən ibarətdir. Digər funksiyaya keçmək üçün uzun-uzadı menyuları axtarmağa gərək yoxdur. Demək olar ki hər şey bir-iki klik məsafəsində yerləşmişdir. Düzdür qeydiyyat prosesi zamanı bir kliklə qeydiyyat və sosial şəbəkə hesabları ilə qeydiyyat təklif olunmur. Lakin bu ümumi prosesi cəmi bir neçə dəqiqəyə tamamlamağa maneə yaratmır.

Bukmeker kontorunun rəsmi vebsaytında diqqqətimizi cəlb edən əsas məqamlardan biri kimi hesab valyutasının asanlıqla dəyişilə bilməsi oldu. Adətən digər mərc saytlarında hesab valyutasını dəyişmək mümkün olmur.

Müştəri xidmətləri

Şirkət məlumatları
Ad: Marathonbet
Ofis/Qərargah: Abraham de Veerstraat 9, Kurakao (Niderland Antil adaları (qeyd N 118257))
Əsası qoyulub: 1997
Lisenziya/lar: Curaçao hökuməti, İspaniya, İtaliyada, Belarus, Edo Ştat Hökuməti (Nigeriya) tərəfindən verilən lisenziyalar
Əlaqə formu: Xeyr
Canlı dəstək: Bəli
Telefon: +44 1273 964706
E-mail: [email protected]

İstifadəçinin hər hansı məsələ ilə bağlı narahatlığı və ya bilmək istədiyi məqamlar oalrsa, bukmeker şirkətinin təqdim etdiyi fərqli əlaqə vasitələrinin istənilən birindən istifadə edə bilər. Bunlara aiddir:

  • Canlı çat – Sol tərəfdəki menyu panelində vebçat işarəsi mövcuddur
  • Telefon – Ancaq ingilis dilində +44 1273 964706
  • E-poçt – Ümumi sorğular barədə [email protected]. Depozit və kredit xətti sorğuları barədə [email protected] yazmaq mümkündür

Canlı çat xidmətinin əməkdaşları şirkət siyasəti və proseslər barəsində tam məlumata malikdirlər və istifadəçinin probleminin həlli üçün səylə çalışırlar.

Xülasə

Yuxarıda qeyd etdiyimiz müddəaları yekunlaşdırsaq deyə bilərik ki, Marathonbet bukmeker şirkəti kifayət qədər güvənli təsir bağışlayır. İstifadəçilərin məlumatlarının qorunması üçün səylə çalışır və müvafiq lisenziya və sertifikatlara malikdir. Qeydiyyatdan keçdikdən sonra fərqli promoşnlar təqdim edilir. AZN valyutasında pul mədaxili və məxarici üçün ancaq Visa kart təklif olunur, lakin USD və EUR valyutaları üçün fərqli pul yatırma və çıxarma üsulları istifadəçilərin ixtiyarındadır.

FAQ

📌 Marathonbet saytında necə mərc etmək olar?

İlk öncə Marathonbet saytının işləyən alternativ linkini tapmaq, qeydiyyatdan keçmək və hesabı minimal depozit miqdarında artırmaq lazımdır. Bundan sonra artıq istədiyiniz oyunların müvafiq əmsalları üzərində klikləməklə kupona əlavə edib, istədiyiniz mərc məbləği ilə həmin mərci yerləşdirə bilərsiniz.

📌 Vebsayt üzərindən necə hesabı artırmaq olar?

Hesaba pul mədaxil etmək üçün ilk öncə öz hesabınıza daxil olmalı və depozit bölümünü seçməlisiniz. Burada hesab valyutasından asılı olaraq fərqli ödəniş üsulları təklif oluna bilər. Uyğun üsulu seçməklə hesabınızı saniyələr içində artıra bilərsiniz.

📌 Marathonbet saytında mərc etmək güvənlidir mi?

Bizim müşahidələrimizə əsasən deyə bilərik ki, vebsayt kifayət qədər güvənlidir və həm müştəri məlumatları, həm də vebsaytda olan depozit və uduş məbləği etibarlı formada qorunur. Buna sübut olaraq vebsaytın 256 bitlik şifrələməni istifadə etdiyini göstərmək olar.

Vissza a tetejére