Son yeniləmə:

Parimatch – Azərbaycandan olan oyunçular üçün tam icmal

Mərc dünyasında çoxlu fərqli şirkətlər arasında öz dəsti xətti, üslubu və x...
idmətləri ilə seçilənlərdən biri də Parimatch bukmeker şirkətidir. Məqaləmizdə bu mərc şirkətinin istifadəçilərə təqdim etdiyi xidmətlər, vebsaytları, tətbiqləri, müştərilərlə əlaqələri və digər aspektləri nəzərdən keçirəcəyik. Sadə və istifadəçi dostu dizaynı ilə bir çox mərc həvəskarı məhz burada oynamağı seçirlər. Şərqi Avropanın ən qədim və məşhur şirkətlərindən biri olan Parimatch həm öz köhnə dizaynı, həm də yenilənmiş interfeysi ilə müştərilərə xidmət göstərir. Hal-hazırda mərc şirkəti 60-dan çox ölkədə, 20-dən çox idman növü, 200-dən çox liqa və gündəlik mərc edə biləcəyiniz 600-dən çox idman hadisələrinə sahibdir. Şirkətin ofisləri Rusiya, Belarus, Moldova və Gürcüstanda fəaliyyət göstərir.
Daha az -
Daha çox oxu +

Parimatch bukmeker kontorunun xidmətlərindən necə istifadə etmək olar?

Bilindiyi kimi Azərbaycanda onlayn bukmeker vebsaytlarının bir çoxuna limitli giriş imkanları mövcuddur. Bukmeker kontorunun rəsmi vebsaytı bəzən əlçatan olsa da, əksər vaxtı alternativ saytlardan və güzgü linklərdən (Parimatch mirror/Parimatch zerkalo) istifadə olunur. Parimatch vebsaytı üçün aşağıda təqdim olunan alternative linkdən istifadə etməklə daim sayta giriş əldə etmək mümkündür.

Vebsaytdan istifadə edən müştəriyə ancaq bir youn hesabına sahib olmağına icazə verilir və oyunçu digərlərinin hesabından istifallarda fərdi müştərilərə də etməyinə icazə verməməlidir. Mərc şirkəti istisna hallarda vebsayt adminstratorunun icazəsi ilə birdən çox hesaba malik ola bilər. Bunun üçün oyunçu öncədən adminstratora müraciət etməlidir, sonradan edilən müraciətlər qaydaların pozulması kimi hesab ediləcək.

Lazım gələrsə, bukmeyker şirkəti Müştərinin ilkin hesab yoxlanışından keçməməsindən asılı olmayaraq həmişə əlavə sübutlar tələb edə bilər. Əlavə sənədlərin siyahısına daxildir (lakin bununla məhdudlaşmır): Müştərinin pasportu, sürücülük vəsiqəsi, doğum haqqında şəhadətnamə, beynəlxalq pasport, hesab-faktura, hesab / kart üçün bank sənədi. Sənədlərin təsdiqləməsi adətən dəstək mailinə göndərilməklə həyata keçirilir. Oyun hesabının yoxlama vaxtı hər oyun hesabı üçün ayrıca müəyyənləşdirilir.

Lisenziya və tənzimlənmələr

Asanlıqla əldə edilə bilən veb sayt

Pari-Match N.V. şirkəti Curaçao höküməti tərəfindən qeydiyyatdan keçirilmiş və tənzimlənən 1668/JAZ nömrəli lisenziyaya əsasən fəaliyyət göstərir. Şirkət ödəmələri Vinceza LTD. Pari – Match Services (CY) Limited ilə həyata keçirilir.

Mərc şirkəti Pari – Tech (CY) Limited isə, HE 321276 qeydiyyat nömrəli bir Kipr şirkətidir. Qeydiyyata alındığı ünvan 22 Larnakos, 4-cü mərtəbə, Ofis 401A, Aglantzia, 2101 Nikosiyadır. Şirkət fəaliyyəti Kipr Milli Mərc Təşkilatı (NBA) tərəfindən verilən B sinif No. B0013 nömrəli və 5 oktyabr 2017-ci il tarixli lisenziya ilə tənzimlənir.

Bukmeker kontorunun rəsmi vebsaytı COMODO RSA Domain Validation secure erver CA ilə qorunur. Şirkət bir sıra Şərqi Avropa ölkələrindən yerli lisenziyalar da əldə etmişdir. Məlumatların ötürülməsi üçün sistemdə açar uzunluğu 256 bitlik SSL şifrələmə standartı istifadə olunur. Sertifikat Thawte Consulting beynəlxalq sertifikatlaşdırma agentliyi tərəfindən yoxlanılmışdır. Müştərilərin bank kartları ilə bütün əməliyyatları xüsusi giriş sistemi olan PCI DSS sertifikatına malik olan xüsusi qorunan səhifədə aparılır. Onu da qeyd etmək lazımdır ki, şirkətin rəsmi məlumatına əsasən işçilərin müştərilərin bank kartları ilə bağlı məlumatlarına girişləri yoxdur.

Parimatch vebsaytında necə qeydiyyatdan keçmək olar?

Parimatch vebsaytında necə qeydiyyatdan keçmək olar

Parimatch bukmeker kontorunun bir üzvü olmaq üçün vebsaytın sağ tərəfində yerləşən İndi Qoşul düyməsini klikləməklə açılan pəncərədə tələb olunan məlumatları doldurmaq lazımdır. Xatırladım ki, Parimatch şirkətinin müxtəlif ölkələr üçün təqdim etdiyi vebsaytlarında qeydiyyat üçün tələb olunan məlumatların sayında fərqliliklər var. Əgər Ukrayna üçün nəzərdə tutulan vebsaytda ilkin qeydiyyat üçün telefon nömrəsi kifayət etsə də, Belarusiya üçün nəzərdə tutulan vebsaytda Parimatch qeydiyyat zamanı bu məlumatlara ad, soyad, doğum tarixi, əlaqə məlumatları, ünvan, hesab valyutası, gizli sual, hesaba daxil olmaq üçün tələn olunacaq şifrə aiddir.

Eyni zamanda saytda paylaşılan Şərtlər və Qaydalarla, Gizlilik Siyasəti və Çərəzlər Siyasəti ilə, şəxsi məlumatların müvafiq məqsədlər üçün emalı üçün istifadəsi ilə razılaşmağınız, yaşınızın 18-dən yuxarı olduğunu təsdiq etməyiniz lazımdır. Parimatch.com heç zaman anonim istifadəçilərlə əməkdaşlıq eləmir.

Həmçinin burada Parimatch bukmeker kontorunun məhsulları üçün təkliflər və promosyonlar barədə məlumatları elektron poçt, sms və digər bildirişlərlə almaq istədiyinizi, hər zaman abunəlikdən imtina edə biləcəyinizi anladığınızı təsdiqləyə bilərsiniz. Bir oyunçu bir hesabdan çoxunu aça və ya sahib ola bilməz. Vebsaytda hesabdan vəsait çıxara bilmək üçün kimliyinizi təsdiq etməyiniz lazımdır. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd və ya pasportun skan versiyasını yükləmək və sənədin verilmə/başa çatma tarixlərini qeyd etmək lazımdır.

Parimatch-da hesabın artırılması və hesabdan pul çıxarılması üsulları

Parimatch-da hesabın artırılması və hesabdan pul çıxarılması üçün bir neçə üsullar təklif olunur ki, buraya da əksər məşhur ödəmə üsulları aid edilir. Həm depozit, həm də pul çəkilməsi üçün aşağıdakı metodlardan istifadə etmək mümkündür:

  • Visa/Mastercard debit və kredit kartları
  • QIWI
  • WebMoney
  • Ödəmə terminalları
  • Mobil ödəmə
  • Nəğd

Hesabla əməliyyatlar zamanı adətən heç bir komissiya tutulmur. Əgər artıq qazandığınız və ya hesabınızda olan pulunuzu çıxarmaq istəsəniz, sizdən hesabınızı təsdiqlətmək tələb olunacaq.Pulun çıxarılması zamanı əsaəsn seçdiyiniz ödəniş üsulundan asılıdır. Amma ümumilikdə bu proses təxmini olaraq 15 dəqiqə ilə 3 gün arasında çəkməkdədir.

Bonuslar

Parimatch vebsaytında qeydiyyatdan keçdikdə ilk depozit və ya xoş gəldin bonusu ilə rastlaşmadıq. Mümkündür ki, fərqli ölkələr üçün nəzərdə tutulan vebsaytlarda bu tip Parimatch bonusları mövcud ola bilər.

Buna baxmayaraq promoşn və bonuslar altmenyusunda oyunçular üçün bir sıra aksiyalar təklif olunur. Bunlara uğurlu mərc seriyaları, voleybol oyunları üçün xalların toplanılması, bonusların və prizlərin əldə olunması, BetGames-də həftəsonu ərzində itirilmiş vəsaitin 20 %-ni keşbək formasında geri alınması aiddir.

Parimatch bonuslar

Mərc marketləri

Geniş idman növləri ilə yanaşı Parimatch xeyli sayda mərcmarketləri seçmək şansı ilə oyunçuların fərqli ehtiyaclarını qarşılayır. Mərc saytında oyunçuların daha çox istifadə etdiyi əsas mərc marketlərinin əksərini görmək olar. Əlbəttə ki mərc marketləri oyunun növündən aılı olaraq fərqlilik göstərir. Məsələnç futbola nəzər saldıqda aşağıdakı əsas marketlər diqqətimizi cəlb edir:

  • Hər iki yarıda qol vurulması
  • Ümumi qolların sayı
  • Hər iki komandanın qol vurması
  • Foralı oyun və s.

Parimatch-ın təqdim etdiyi idman növləri

Bukmeker şirkəti əksər məşhur oyunlar üçün oyunçulara mərc imkanları təqdim edir. Bunlara futbol, e-idmanlar, stolüstü tennis, tennis, buz hokkeyi, voleybol UFC və digərləri aid edilir.

Bukmeker kontorunun rəsmi vebsaytında məşhur e-sportlardan bir çox oyunlar, liqalar, kuboklar oynanılır. Bunlardan bəziləri aşağıda qeyd edilmişdir:

  • Counter-Strike
  • Dota 2
  • Rainbow6
  • Starcraft 2
  • King of Glory
  • League of Legends və s.

Vebsaytda e-idmanla yanaşı Betradar, Golden Race və Leap Gaming kimi top virtual oyun təminatçılarının təqdim etdiyi virtual futbol, tennis, spidvey, at yarışı və digər oyunlar təklif olunur.

Parimatch-da necə mərc etmək olar?

İdman kateqoriyasında mərc etmək vebsaytda digərlərinə (e-sport, virtual idman) nisbətən daha məşhurdur. Mərc həvəskarları futbol, basketbol və digər liqalarda mərc edə bilərlər. Baxmayaraq ki burada çoxlu Amerikan liqaları ilə bağlı oyunlara mərc imkanları təklif olunmur, istifadəçilər fərqli öncədən və ya canlı mərc üsullarından istifadə edə bilərlər.

Parimatch saytında mərc etmək üçün axtarışla tapdığınız və ya əsas səhifədə olan istənilən mərc marketinin əmsalının üzərində klikləmək lazımdır. Müvafiq mərc kuponu vebsaytın sağ tərəfində formalaşdırılacaq. Kuponda həm tək, həm parlay, həm də sistem mərclər etmək mümkündür.

Canlı mərclər və canlı yayım

Əgər siz bukmeker şirkətinin vebsaytında canlı mərc etmək istəyirsinizsə və öz təxminlərinizin canlı oyunlar zamanı daha düzgün olduğunu fərz edirsinizsə, bukmeker şirkətinin məhz sizin üçün təqdim etdiyi canlı mərclərdə özünüzü sınaya bilərsiniz.

Parimatch canlı oyunlar üçün ən son 2 saniyəlik avtomatik yükləmə xüsusiyyəti olan gözəl bir platformadır, bu xüsusiyyət oyunlarn daim 100% aktual qalmasına kömək edir. Ayrıca digər kateqoriyalarla müqayisədə daha yaxşı əmsallar təklif edilir. Ancaq zamanla bu nisbətlər dəyişir. Real vaxt rejimində oyunlar zamanı cash-out funksiyasından da istifadə etməklə pulunuzu geri götürə bilərsiniz.

Parimatch üçün başqa bir üstün cəhət canlı yayım xüsusiyyətidir. Parimatch-da mərclər Twitch canlı yayım platforması vasitəsilə oyunçular üçün yayımlanmaqdadır. Beləliklə siz oyunu elə mərc saytının özündən izləyə-izləyə təxminlərinizi yerləşdirə bilərsiniz. Bu xidmətlə veb saytdakı canlı idman videolarından yararlana bilərsiniz. Canlı yayım xidmətləri müxtəlif idman və tədbirlər üçün mövcuddur. Saytda canlı videoları izləmək üçün hesabınızda müsbət balans olmalıdır. Həm də qeyd etmək lazımdır ki, canlı yayım xüsusiyyətinə malik oyunlar “play” işarəsi ilə qeyd olunur.

Bukmeker şirkətinin mobil versiyası və mobil tətbiqlər

Bukmeker şirkətinin mobil versiyası və mobil tətbiqlər

Parimatch bukmeker şirkəti istifadəçilərin artan tələbatının ödənməsi məqsədi ilə həm vebsaytın mobil versiyasını, həm də Android və iOS platfromaları üçün müvafiq tətbiqləri hazırlayıb təqdim etməkdədir. Saytın Parimatch mobile versiyası veb versiyada olduğu kimi qara fonda sarı loqo və yazılarla diqqəti cəlb edən, sadə formatda hazırlanmışdır. Mobil səhifənin yuxarı hissəsində Virtual idmanlar, TvBet, BetGames və s. kateqoriyalar yerləşdirilib. Daha alt hissədə top canlı oyunlar mərkəzi hissəni tutmaqdadır.

Bukmeker şirkətinin Android mobil platformalı telefon istifadəçiləri üçün təqdim etdiyi tətbiqi təəssüf ki, Google Play Store-dan yükləmək mümkün deyildir. Bu tətbiqi yükləmək üçün saytın mobil altmeyusundan Parimatch .apk formasında endirmək və telefona quraşdırmaq mümkündür.

Apple istifadəçiləri (iOS platformalı telefonlar) isə Android istifadəçilərinə nisbətən daha şanslıdırlar. Belə ki mərc şirkətinin tətbiqini ancaq AppStore rəsmi tətbiq mağazasından pulsuz formada endirib istifadə edə bilərlər. Reytinqi 4.6 olan tətbiq ingilis, belarus, erməni, gürcü, yunan, qazax, rus və ukrain dillərində təqdim olunur. Tətbiqin yüklənməsi üçün iOS 10.0 və üzəri əməliyyat sistemi tələb edilir.

Vebsaytın dizaynı və funksionallığı

Parimatch vebsaytı sadə, istifadəçi dostu dizaynı, rahat interfeysi ilə oyunçulara xoş təəssürat və rahatlıq bəxş edir. Vebsaytda qeydiyyatdan keçmək prosesi rahat formada dizayn edilib. Vebsayt loqosunun alt hissəsində axtarış üçün bölmə vardır. Burada istənilən oyunu, oyunçunu və ya komandanı axtarıb tapmaq olar.

Ümumilikdə vebsayt hal-hazırda yeni və və köhnə versiyalarda fəaliyyət göstərir. Köhnə versiyada vebsaytın əsas pəncərəsi daha dar formadadır, hər iki kənarda boşluqlar var. Lakin yenilənmiş versiya demək olar ki, tam pəncərəni əhatə edir.Köhnə və yeni versiya arasında keçid etmək üçün yuxarı sol kencdə dil seçiminin sağ tərəfində olan müvafiq düyməni klikləmək lazımdır.

Müştərilərə xidmət və dəstək xətti

Şirkət məlumatları
Ad: Pari-Match N.V.
Ofis/Qərargah: 22 Larnakos, 4-cü mərtəbə, Ofis 401A, Aglantzia, 2101 Nikosiya, Kipr
Əsası qoyulub: 1996
Lisenziya/lar: 1668/JAZ, Curaçao
Əlaqə formu: Bəli
Canlı dəstək: Bəli
E-mail: [email protected]

Parimatch vebsaytında müştərilərə xidmət üçün bir sıra vasitələr təklif olunur: canlı çat xidməti, dəstək xətti əlaqə forması, e-mail və ölkələr üçün spesifik telefon nömrələri. Saytda Azərbaycan üçün dəstək məqsədli telefon nömrəsi yoxdur. Canlı dəstək 24/7 formada xidmət göstərməkdədir. Vebsaytın özünü və dəstək xəttini İngilis və Rus dillərində istifadə etmək mümkündür. Azərbaycan dilində dəstək xidməti mövcud deyil. Onlayn məsləhətçilər suallara və problemlərə çox tez zamanda reaksiya verir və məəslənin həllinə, sualların cavablandırılmasına köməklik göstərirlər.

Xülasə

Parimatch bukmeker şirkəti, onun vebsaytı və tətbiqləri haqqında fikirlərimizi ümumiləşdirsək, onu qeyd edə bilərik ki, sayt Azərbaycan üçün xüsusi domen, interfeys dili və lokal pul kisələri ilə xidmət təmin etmir. Aydındır ki, vebsayt Şərqi Avropa ölkə oyunçuları üçün dizayn edilib, bütün dəstək xətti telefonları bu region ətrafında yerləşən ölkələr üçün nəzərdə tutulmuşdur. Azərbaycanlı istifadəçilər üçün özəlləşdirilmiş vasitələr əlavə olunsa, vebsaytın bizim ölkəmizdə də uğurlu olacağına inanırıq.

Ümumilikdə vebsayt təhlükəsizliyə yüksək səviyyədə əməl edir və vəsaitinizin burada etibarlı formada saxlanılacağına təhlükəszilik sertifikatı və Gizlilik Siyasəti təminat verir. Vəsaitinizin vebsaytdan çıxarılması üçün xüsusi tələblər qoyula bilər, buna özəlliklə bonusdan istifadə zamanı rast gəlinə bilər. Məhz buna görə də bukmeker şirkətinin Şərtlər və Qaydalarını diqqətlə oxumaqda fayda var.

FAQ

📌 Vebsaytda ikinci bir hesab aça bilərəm mi?

Təəssüf ki, Parimatch istifadəçilərə birdən çox hesab açmağa icazə vermir.

📌 Virtual Futbola bu sayt vasitəsilə mərc edə bilərəm mi?

Bəli, edə bilərsiniz. Burada bir çod virtual idman növləri ilə yanaşı virtual futbol da mərc etmək üçün istifadəçilərin ixtiyarındadır.

📌 Parimatch Köhnə versiya və Yeni Versiya arasında fərq var mı?

Köhnə və yeni versiyalar arasında əsas fərq dizayndadır. Deməyə ehtiyac yoxdur ki, yenisi daha yaxşı görünür. Həmçinin qeydiyyat prosesində də kiçik dəyişikliklər olmuşdur.

Vissza a tetejére